Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı uşaqlar üçün mütəhərrik oyunlar keçirilmişdir.

31 may 2024 | 15:54

31 may 2024-cü il tarixdə Quba şəhər Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Şimal regional mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı uşaqlar üçün mütəhərrik oyunlar keçirilmişdir.

Oyunlarda Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları Arif Nəbiyev və Cahid Mustafayev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, müvafiq qurumların əməkdaşları, Quba şəhər Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinin kollektivi və azyaşlılar iştirak etmişdir.

Çıxışçılar tədbirdə iştirak edən azyaşlıları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı təbrik edərək uğurlar arzulamışlar. Tədbirin sonunda azyaşlılara diplom və hədiyyələr təqdim edilmişdir.

Keçidlər