1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Şəhid övladları ilə birgə “Vətənə əmanət şəhid övladları” mövzusunda tədbir keçirilmişdir.
31 may 2024 | 18:00
31 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının inzibati binasında Quba Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Şəhid övladları ilə birgə “Vətənə əmanət şəhid övladları” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsi, YAP Quba rayon təşkilatının əməkdaşları, Şəhid ailələri və övladları iştirak etmişdir.
Çıxış edənlər azyaşlıları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı təbrik edərək uğurlar arzulamış, tədbirdə iştirak edən uşaqlara müxtəlif hədiyyələr təqdim edilmişdir.