10 Oktyabr – Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş tədbir keçirildi
10 Oktyabr – Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş tədbir keçirildi
Quba Rayon İcra Hakimiyyəti, Quba rayon Heydər Əliyev Mərkəzi və Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Psixi sağlamlığın qorunması və psixoloji rifahın gücləndirilməsi” mövzusunda geniş tədbir keçirilib.
Tədbirdə rayonun müxtəlif dövlət və təhsil müəssisələrinin nümayəndələri, həkimlər, psixoloqlar, pedaqoqlar, ictimai təşkilatların təmsilçiləri və tələbələr iştirak ediblər.
Tədbirin əsas məqsədi psixi sağlamlığın qorunması ilə bağlı cəmiyyətdə maarifləndirməni artırmaq, psixoloji rifahın gücləndirilməsini təşviq etmək, erkən profilaktika və vaxtında psixoloji dəstəyin əhəmiyyətini vurğulamaq, həmçinin dövlət və özəl sektor arasında əməkdaşlığın vacibliyinə diqqət çəkmək olub.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının məsləhətçi psixoloqu Əhməd Nurullayev, Quba Rayon İcra Hakimiyyəti Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının məsul katibi Mariya Məmmədova, Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Fidan Bağırova, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının nümayəndəsi Əhməd Baloğlanov, Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, ADPU-nun Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekanı Nubar Bayramova, Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Psixi Sağlamlıq Bölməsinin müdiri Şahbaba Vahabzadə, həkim-pediatr Pərvanə Şəfiyeva, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba rayon komitəsinin nümayəndəsi Vüsalə Kərimova, Quba Dövlət Sosial-İqtisadi Kollecinin psixoloqu Bilqeyis Xəlilova, ADPU-nin Quba filialının müəllimi, klinik psixoloq Mənsur Xaspoladov, ADPU-nun Quba filialının müəllimi Fatiməxanım Qasımova, Qusar şəhər 3 nömrəli tam orta məktəbin korreksiyaedici pedaqoqu Musa Məmmədzadə, Qaraçay tam orta məktəbin direktoru Fəridə Dostuyeva və ADPU-nun Quba filialının “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının III kurs tələbəsi Sabina Əliyeva çıxış ediblər.








