12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü Qubada ehsan mərasimi təşkil olunub.
12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü Qubada ehsan mərasimi təşkil olunub.
12 dekabr 2024-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə Rayon İcra Hakimiyyəti tərəfindən Quba şəhərindəki “Nərgiz plaza” şadlıq sarayında ehsan mərasimi təşkil olunmuşdur. Ehsan mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, şəhid ailələri, qazilər, veteranlar, YAP Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə və təşkilatların rəhbərləri, bir qrup din xadimi, ictimaiyyət nümayəndələri və aztəminatlı şəxslər iştirak etmişdir.
Tədbirdə iştirak edən din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunmuş, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.