12 yaşadək futbolçular arasında III “Ulduz Cup” beynəlxalq futbol turnirinin final oyunu keçirilib.
28 avqust 2026 | 16:07
Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksinin stadionunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə 12 yaşadək futbolçular arasında III “Ulduz Cup” beynəlxalq futbol turnirinin final oyunu keçirilib. Final oyununu Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Gənclər və İdman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər izləyiblər.
Final oyununda ölkəmizin “Ulduz” futbol klubu ilə Polşanın “Drukarz” futbol klubu mübarizə aparıb. Gərgin keçən oyunda “Drukarz” futbol klubu qələbə qazanaraq III “Ulduz Cup” beynəlxalq turnirinin qalibi olub.








