Şriftin ölçüsü :

Saytın rəngi :

“14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilmişdir.

14 iyul 2023 | 14:18

14 iyul 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Quba rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə rayonun Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədr müavini, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak etmişdir.

Keçidlər