Şriftin ölçüsü :

Saytın rəngi :

14 mart 2015-ci il tarixdə Amerika Birləşmiş Ştatları Corctaun Universitetinin İslam dini üzrə mütəxəssisi İmam Yahya Hendi Quba rayonunda olmuşdur

14 mart 2015 | 16:00

14 mart 2015-ci il tarixdə Amerika Birləşmiş Ştatları Corctaun Universitetinin İslam dini üzrə mütəxəssisi İmam Yahya Hendi Quba rayonunda olmuşdur. Qonaqla birlikdə ABŞ-ın Azərbaycandakı Səfirliyinin media üzrə mütəxəssisi Mehdihüseyn Quliyev, siyasi işlər üzrə mütəxəssisi Yani Barzilai, tərcüməçi Elgün Tağıyev gəlmişdir. Qonaqları RİH başçısı aparatının baş məsləhətçisi Seyid Cabbarov müşayiət etmişdir. Qonaqlar saat 10:00-da Quba Soyqırımı Memorial Abidə Kompleksini ziyarət etmişdir. Saat 11:00-da Quba şəhərində Ərdəbil məscidində olmuş, məscid ilə tanış olmuş və axund Naib Səttarov ilə görüşmüşlər. Nahar fasiləsindən sonra saat 13:00-da Qırmızı Qəsəbədəki sinaqoqda olmuşlar. Saat 14:00-da Quba Gənclər Mərkəzində İmam Yaya Hendi “ABŞ-da müsəlman həyatı və amerikalıların həyatında dinin rolu” mövzusunda mühazirə ilə çıxış etmişdir. Mühazirədə 200 nəfər yaxın Azərbaycan Müəllimlər İnstitutunun, Quba Sosial iqtisad Kollecinin tələbələri və şəhərdəki məktəblərin yuxarı sinif şagirdləri iştirak etmişdir.

Keçidlər