15 İyun - Milli Qurtuluş Günü münasibətilə Qubada Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edildi.
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Qubada Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib.
15 iyun 2026-cı il tarixdə Milli Qurtuluş Günü münasibətilə müstəqil və müasir Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Quba şəhərində adını daşıyan Mədəniyyət və İstirahət parkındakı abidəsi Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, rayon Ağsaqqallar Şurasının üzvləri, RİH yanında İctimai Şuranın sədri, şəhid ailələri və qazilər, regional və digər idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilmişdir. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad etmiş, abidə önünə gül dəstələri düzərək xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərinə hörmət və ehtiramlarını ifadə etmişlər.
Qeyd olunmuşdur ki, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında, ölkəmizin ictimai-siyasi sabitliyinin təmin edilməsində və müstəqilliyimizin möhkəmləndirilməsində müstəsna xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası xalqımızın yaddaşında əbədi yaşayır.
Ümummilli Lider Heydər Əliyevin abidəsinin rayon ictimaiyyəti tərəfindən ziyarəti gün ərzində davam etmişdir.








