Şriftin ölçüsü :

Saytın rəngi :

16 avqust 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə rayonun Əski İqrığ kəndinin bu günlərdə yenidən qurulmuş və asfaltlanmış yoluna baxış keçirmişdir.

16 avqust 2024 | 18:15

16 avqust 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə rayonun Əski İqrığ kəndinin bu günlərdə yenidən qurulmuş və asfaltlanmış yoluna baxış keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov kənd sakinləri ilə də görüşərək onlarla ətraflı söhbət aparmışdır.
Əski İqrığ kənd sakinləri kənd yolunun qısa vaxt ərzində yenidən qurularaq asfaltlanmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də müraciətlərinə operativ reaksiya verərək problemin bir neçə gün ərzində həll olunmasına köməklik göstərildiyi üçün Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə və bu işdə əməyi olan hər bir kəsə dərin təşəkkürlərini bildirmişlər.
Elə həmin gün Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ilin dekabr ayında imzaladığı müvafiq Sərəncama əsasən yenidən qurulmaqda olan Amsar-Əski İqrığ-Gültəpə-Möhüc-Aşağı Tüləkəran-Yenikənd-Tülər-Yuxarı Tüləkəran yolunda, həmçinin Ağçay üzərində tikilməkdə olan körpüdə işlərin gedişatı ilə tanış olmuş, sakinlərlə görüşmüş, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər