25 noyabr 2015-ci il tarixdə Nügədi kəndində tədbir keçirilmişdir.
25 noyabr 2015 | 16:00
25 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonda 5 nəfər Qarabağ Müharibəsi əlili və 1 nəfər şahid ailəsi üçün inşa olunmuş fərdi yaşayış evlərinin təhvil verilməsi ilə əlaqədar rayonun İkinci Nügədi kəndində tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, Nazirlik yanında Tikinti İdarəsinin rəisi Natiq Əzizov, RİHB aparatının şöbə müdiri Nizaməddin Əmrullayev, İkinci Nügədi kənd sakinləri iştirak etmişdir.