Şriftin ölçüsü :

Saytın rəngi :

02 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Quba rayon ictimaiyyəti ilə görüş keçirmişdir.

02 fevral 2016 | 16:00

02 fevral 2016-cı il tarixdə saat 11:00-da Quba rayon mədəniyyət evində Azərbaycan Respublikası Prezidentinin  ictimai-siyasi məsələlər üzrə  köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov rayon ictimaiyyəti ilə görüş keçirmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Arif Novruzov, millət vəkilləri Vahid Əhmədov, Yevda Abramov, rayon rəhbərliyi və ictimaiyyəti iştirak etmişdir.
Görüş iştirakçıları ümummilli lider Heydər Əleyevin  abidəsini ziyarət edərək heykəlin önünə gül-çiəçək dəstələri qoymuşlar. Rayon mədəniyyət evində davam edən  tədbiri rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov  açaraq son illər Qubada görülən işlər, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Görüşdə çıxış edən  Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri  Əli Həsənov bildirib ki, ictimaiyyət nümayəndələri ilə keçirilən bu görüş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn məsələlər, verilən tapşırıqlar, 2016-cı ildə görüləcək işlər, nəzərdə tutulan tədbirlər barədə rayon ictimaiyyətini daha yaxından məlumatlandırmaq məqsədi daşıyır.
Tədbirdə Qubanın sosial iqtisadi inkişafı ilə bağlı preoritet məsələlərdə müzakirə olunub. Qubada meyvə emalı müəssisələrinin yaradılması, eləcə də son illərdə fəaliyyəti məhdudlaşan konserv zavodunun  fəaliyyətinin yenidən bərpasının vacibliyinə toxunan Əli Həsənov  yerli icra strukturlarının rəhbərlərinə yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, əhalini narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Tədbirdə Milli Məclisin deputatları Vahid Əhmədov, Yevda Abramov  çıxış edərək, Qubanını  sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra təkliflər səsləndiriblər. Görüş iştirakçıları dövlətimizin başçısının antiböhran tədbirlərini dəstəklədiklərini bildirib, ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün atılan addımları yüksək dəyərləndirdiklərini diqqətə çatdırıblar. Çıxışlarda rayon əhalisi ilə dövlət  nümayəndələrinin birgə fikir mübadiləsi aparmasının əhəmiyyəti xüsusi qeyd edilib.
Görüşdə  Qubanın   inkişafı ilə bağlı müraciət və təkliflər qeydiyyata alınaraq, onların həllinə kömək göstəriləcəyi bildirilib.

Keçidlər