Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gələcəyin Memarları” adlı tədbir keçirilmişdir.

31 yanvar 2025 | 16:56
31 yanvar 2025-ci il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gələcəyin Memarları” adlı tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir başlanmış, daha sonra müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün qorunması yolunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Quba regional “ASAN Xidmət” Mərkəzinin direktor müavini Amil Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini Aysel Şeydayeva, Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev və könüllülər çıxış edərək gəncləri təbrik etmiş, onlara uğurlar arzulamışlar. Tədbirin sonunda ayrı-ayrı sahələr üzrə fərqlənmiş bir qrup gəncə fəxri fərmanlar təqdim edilmişdir.
Keçidlər