Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral - Gənclər Gününə həsr olunmuş “Bütöv Azərbaycanın qalib gəncləri” adlı region gəncləri ilə görüş keçirilmişdir.

31 yanvar 2024 | 15:42
31 yanvar 2024-cü il tarixdə Quba Olimpiya İdman Kompleksində Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Gənclər Gününə həsr olunmuş “Bütöv Azərbaycanın qalib gəncləri” adlı region gəncləri ilə görüş keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşğun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəis müavini Şahin İsrafilov, qeyd olunan qurumların məsul şəxsləri, gənclər və könüllülər iştirak etmişdir.
Çıxışlarda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti, Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən Azərbaycanda Gənclər Gününün təsis edilməsi, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Ümummilli Liderin müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalaması qeyd edilmiş, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sıralarında vuruşan qəhrəman gənclərimiz və məhz onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər sayəsində xalqımızin otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşmasından bəhs edilmişdir.
Tədbirin sonunda ayrı-ayrı sahələr üzrə fərqlənmiş bir qrup gəncə fəxri fərman və hədiyyələr təqdim edilmişdir.
Keçidlər