Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral - Gənclər Gününə həsr olunmuş regionun gənc müəllimləri ilə görüş keçirilmişdir.

01 fevral 2024 | 16:26

Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində 2 Fevral - Gənclər Gününə həsr olunmuş regionun gənc müəllimləri ilə görüş keçirilmişdir.

Tədbirdən əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşğun Əliyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəis müavini Şahin İsrafilov və bir qrup gənc müəllim Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş, sonra rayonun Mədəniyyət Mərkəzində RİH başçısının müavini Səidə Abasova, Regional Təhsil İdarəsinin müdiri Coşğun Əliyev, Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Regional Mədəniyyət İdarəsinin rəis müavini Şahin İsrafilov, Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin məsul şəxsləri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında çalışan gənc müəllimlərin iştirakı ilə görüş davam etdirilmişdir.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən Azərbaycanda Gənclər Gününün təsis edilməsi, ölkəmizdə uğurla inkişaf etdirilən təhsil strategiyası, 44 günlük Vətən Müharibəsində, eləcə də ötən il keçirilimiş lokal xarakterli antiterror əməliyyatlarında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sıralarında vuruşan qəhrəman gənclərimiz və onların rəşadəti ilə əldə olunmuş Şanlı Zəfər sayəsində xalqımızın otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşmasından bəhs etmişlər.

Tədbirin sonunda ayrı-ayrı sahələr üzrə fərqlənmiş bir qrup gənc təhsil işçisinə fəxri fərman və hədiyyələr təqdim edilmiş, tədbir bədii hissə ilə davam etdirilmişdir.

Keçidlər