20 oktyabr - 20 noyabr "Uşaq Hüquqları Aylığı" çərçivəsində “Sağlam psixologiya güclü hüquqlar” adlı tədbir keçirilmişdir.
04 noyabr 2026 | 17:00
4 noyabr 2026-cı il tarixdə 20 oktyabr - 20 noyabr "Uşaq Hüquqları Aylığı" çərçivəsində “Sağlam psixologiya güclü hüquqlar” adlı tədbir keçirilmişdir.
Quba Rayon İcra Hakimiyyətinin Uşaq Hüquqlarının Müdafiəsi üzrə Quba Rayon Komissiyasının və "Positive Psychology Center" MMC-nin Quba filialının təşəbbüsü ilə Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta məktəbində keçirilən tədbirdə Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəb rəhbərıiyi, müəllimlər və şagirdlər iştirak etmişdir.
Tədbirdə mövzu ilə bağlı çıxışlar edilmiş, məktəb şagirdlərini maraqlandıran suallara cavab verilmişdir.








