21 iyul 2022-ci il tarixdə 22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Quba şəhərinin “Media şəhidləri parkı”nda tədbir keçirilmişdir.
21 iyul 2022-ci il tarixdə 22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Quba şəhərinin “Media şəhidləri parkı”nda tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etmişdir.
Tədbir “Media şəhidləri parkı”nda şəhid jurnalistlərin xatirəsinə ucaldılmış abidənin ziyarət olunması ilə başlanmış, sonra isə Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov və media nümayəndələri çıxışlar edərək mətbuat işçilərinə göstərilən dövlət qayğısından danışmış və Milli Mətbuat Günü münasibətilə media işçilərini təbrik etmişlər.