Xocalı soyqırımı
25 mart 2012 | 16:00
25 fevral 2012-ci il tarixdə saat 1000-da Xocalı soyqırımının 20-ci illiyi ilə əlaqədar Quba şəhərində aşkar olunmuş kütləvi məzarlıqdan “Soyqırım” abidə kompleksinin önünə qədər küçə yürüyüşü keçirilmişdir. Bundan başqa kütləvi məzarlıq və “Soyqırım” abidə kompleksi ziyarət olunmuş, gül-çiçək dəstələri və əklil qoyulmuşdur. Yürüyüşdə rayon rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏV üzrə nümayəndələr, bələdiyyə sədrləri, rayon sakinləri iştirak etmişdir.