Şriftin ölçüsü :

Saytın rəngi :

“Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün komissiya”nın ilkin iclası keçirilmişdir.

09 iyun 2017 | 16:00

09 iyun 2017-ci il tarixdə saat 11:00-da Quba Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin  “Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncamı ilə yaradılmış “Kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün komissiya”nın ilkin iclası keçirilmişdir. Tədbirdə komissiyanın sədri, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, komissiyanın üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Musayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini Seymur Fətəliyev, Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Abidov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni iştirak etmişdir. Daha sonra komissiya üzləri Quba Soyqırım Memorial Kompleksində olmuşlar.

Keçidlər