Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev prospektində 2017-ci ilin yazında təməli qoyulan “Bayraq muzeyi”ndə tikinti işləri davam edir.

30 avqust 2017 | 16:00

Şəhərin Heydər Əliyev prospektində 2017-ci ilin yazında təməli qoyulan “Bayraq muzeyi”ndə tikinti işləri davam edir. Klassik üslubda inşa edilən muzeyin ümumi sahəsi 450 kvadratmetr, hündürlüyü isə 10 metrdir. Bina bir mərtəbədən və yardımçı hissədə iki əsas və üç köməkçi otaq olmaqla beş otaqdan ibarətdir. Otaqlardan ikisi texniki statuslu, üçü isə muzey işçiləri üçün nəzərdə tutulub. Muzeyin tikintisində demək olar ki, hörgü işləri başa çatdırılıb, dam örtüyü bağlanıb, divarların suvanması yekunlaşıb. Hazırda binanın daxilində tavan yığılır, vitraj pəncərələr quraşdırılır. Cari ilin sonunadək muzeyin inşasının yekunlaşdırılaraq istifadəyə verilməsi nəzərdə tutulub.

Keçidlər