Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü

11 noyabr 2012 | 16:00

10 noyabr 2012-ci il tarixdə saat 1100-da rayon mədəniyyət evində Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev, millət vəkilləri Vahid Əhmədov, Yevda Abramov, YAP-ın şimal zonası üzrə təlimatçısı Həsən Daşdəmirov, rayon rəhbərliyi, YAP Quba rayon təşkilatının rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbirdə partiya fəallarına müxtəlif hədiyyələr, yeni üzvlərə vəsiqələr təqdim edilmişdir. Tədbirdən öncə Heydər Əliyev adına parkda Ümummilli liderin heykəlinin önünə gül-çiçək dəstələri qoyulmuşdur.

 

Keçidlər