26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü Quba şəhərində yerləşən “N” saylı hərbi hissəsində qeyd olunub.
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü Quba şəhərində yerləşən “N” saylı hərbi hissəsində qeyd olunub.
25 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Quba şəhərində yerləşən “N” saylı hərbi hissəsində konsert proqramı keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin rəisi, hərbi hissə komandirləri, təşkilat rəhbərləri və hərbi hissənin şəxsi heyəti iştirak eetmişdir.
Tədbirdə çıxış edənlər şəxsi heyəti bayram münasibətilə təbrik etmiş və Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli döyüş yoluna nəzər salmışlar. Çıxışlarda qeyd olunmuşdur ki, 2020-ci ilin ilin sentyabr ayının 27-də təmas xəttində düşmən təxribatının qarşısı alınmış və əks-hücum əməliyyatı nəticəsidə şanlı ordumuz 44 gün ərzində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın bir dövr ərzində düşmən işğalı altında olan dədə-baba torpaqlarımızı azad edərək tarixi Zəfər qazanmışdır. 2023-cü ilin sentyabr ayının 19-da keçirilən 24 saatdan az bir müddətdə davam edən antiterror əməliyyatı nəticəsində isə suverenliyimiz bərba olunmuşdur. Bildirilmişdir ki, bu şanlı Qələbənin əldə edilməsinin mərkəzində dayanan ordumuzun qüdrətlənməsinə son 32 ildə xüsusi önəm verilmiş, ən müasir döyüş texnikaları alınmış, əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmışdır.
Tədbirdə hərbi xidmətdə fərqlənən hərbi qulluqçular fəxri fərmanlarla təltif edilmiş, rəsmi hissəsi başa çatdıqdan sonra respublikamızın tanınmış incəsənət ustaları və müğənnilər musiqi nömrələri ilə çıxışlar etmişlər.








