26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində narkomaniyaya qarşı koordinasiyalı mübarizə imkanlarının artırılması mövzusunda dəyirmi masa keçirilmişdir.
Quba rayon Heydər Əliyev Mərkəzində 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində narkomaniyaya qarşı koordinasiyalı mübarizə imkanlarının artırılması mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin, Ombudsmanın Şimal Regional Mərkəzinin, Quba rayon polis şöbəsinin, DTX Quba rayon şöbəsinin, Quba rayon prokurorluğunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Quba-Xaçmaz regional filialının, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri, psixoloqlar, pedaqoqlar, fəal gənclər iştirak etmişlər.








