Şriftin ölçüsü :

Saytın rəngi :

07 oktyabr 2017-ci il tarixdə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “V Alma bayramı” və “I Xalça Festivalı” keçirilmişdir.

07 oktyabr 2017 | 16:00

      07 oktyabr 2017-ci il tarixdə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “V Alma bayramı” və “I Xalça Festivalı” keçirilmişdir.
Bayram tədbiri ilə əlaqədar geniş tədbirlər planı hazırlanmış, tədbir çərçivəsində rayonda ekoloji cəhətdən sağlam yetişdirilən müxtəlif alma sortlarının, digər meyvə-tərəvəz məhsullarının nümayişi ilə yanaşı Quba rayonunun tarixinin və mədəniyyətinin təbliği, burada yaşayan azsaylı xalqaların mədəniyyətləri geniş təbliğ olunmuşdur.

    Keçirilməsi nəzərdə tutulan “I Xalça festivalı”da məhz Azərbaycan xalçasının dəyərinin dünya xalqlarına çatdırılması, eyni zamanda ölkəmizdə mövcud olan böyük xalçaçılıq məktəbinin daha da inkişaf etdirilməsi həmçinin ölkə daxilində və xaricində yeni əlaqələrin qurulması və bu qiymətli sənət növünün uzun illər bundan sonra yaşadılmasına dəstək olmaq məqsədi daşıyır.

      Bayram tədbirinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və bir sıra dövlət orqanlarının məsul şəxsləri, ətraf rayonların RİH başçıları, millət vəkilləri, xarici dövlətlərin ölkəmizdəki səfirləri, tanınmış elm, incəsənət xadimləri dəvət olunmuşdur.

     Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulmuş, xarici ölkə səfirlikliklərinin nümayəndələri və rayon rəhbərliyinin iştirakı ilə Parkın bir hissəsində “Həmrəylik Bağı”nın salınmışdır. Tədbir paradla davam etmiş, ardınca tədbir iştirakçıları Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında yaradılmış müxtəlif guşələrə, mətbəx nümunələrinə, xalça sərgi-satış guşələrinə, özfəaliyyət kollektivlərinin və tanınmış incəsənət ustalarının ifalarına tamaşa etmişlər. Tədbirin sonunda Gənclər Mərkəzinin önündə yerli sənət adamlarının iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.

Keçidlər