Şriftin ölçüsü :

Saytın rəngi :

“27 Sentyabr - Anım Günü” münasibətilə rayonunun Şəhidlər Xiyabanında ümumrayon tədbiri keçirilmişdir.

27 sentyabr 2022 | 16:30

“27 Sentyabr - Anım Günü” münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonunun Şəhidlər Xiyabanında ümumrayon tədbiri keçirilmişdir.  Tədbirdə Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimai təşkilatların rəhbərləri və kollektivləri, rayonun bütün idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, din xadimləri və çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişlər.

          Tədbirin əvvəlində şəhidlərimizin məzarları ziyarət olunmuş, onların ruhuna dualar oxunmuş, daha sonra isə tədbirin rəsmi hissəsi keçirilmişdir. Tədbirdə çıxış edən rəsmi şəxslər, şəhid ailələri və qazilər şəhidlərimizin əziz xatirələrinə dərin ehtiramlarını bildirmiş, ölkə rəhbərliyinin və rayon rəhbərliyinin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğı barədə ətraflı danışmışlar.

          Çıxışlardan sonra rayon məktəbliləri tərəfindən şəhidlərimizə həsr olunmuş və vətənpərşərlik mövzusunda şerlər səsləndirilmişdir. Saat 12:00-da rayon ərazisində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər