Şriftin ölçüsü :

Saytın rəngi :

Polşadan gələn qonaqlar RİH başçısı Yaşar Məmmədovla görüşmüşlər.

25 oktyabr 2017 | 16:00

     Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin təşkilatçılığı və Rayon İcra Hakimiyyətinin dəvəti ilə Polşa Respublikasının Lubelski povyatının starostası Paweł Pikula, Lubelski povyatının şurasının üzvü Dariusz Gajo, Beljıçe burmistrı Ryszard Góra və N.Kopernik adına məktəbin müəllimi Dorota Maj-dan ibarət 4 nəfərlik nümayəndə heyəti Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə A.A.Bakıxanovun və Kopernikin baralyeflərinin açılışına həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə 25-29 oktyabr 2017-ci il tarixlərdə Quba rayonunda səfərdədir.
     25 oktyabr 2017-ci il tarixdə saat 16:00-da Quba Rayon İcra Hakimiyyətinin binasında Polşadan gələn qonaqlar RİH başçısı Yaşar Məmmədovla görüşmüşlər. Qonaqlar daha sonra Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi ilə tanış olmuşlar.

Keçidlər