28 və 29 dekabr 2024-cü il tarixlərdə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçiriləcəkdir.
Əziz qubalılar və rayonumuzun qonaqları,
28 və 29 dekabr 2024-cü il tarixlərdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərinin Heydər Əliyev prospektinin “Quba meydanı” parkının qarşısındakı hissəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası keçiriləcəkdir.
Yarmarka qeyd olunan tarixlərdə saat 09:00-dan etibarən gün ərzində fəaliyyət göstərəcəkdir.
Yarmarkada satışa çıxarılacaq məhsulların qiymətləri mövcud bazar qiymətlərindən xeyli ucuz olacaqdır.
Hər bir rayon sakinini və rayonumuzun qonaqlarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəlik Günü və yeni, 2025-ci il münasibətilə ürəkdən təbrik edir və hər kəsi bayram yarmarkasına dəvət edirik.
Hörmətlə,
Quba Rayon İcra Hakimiyyəti