15 noyabr 2017-ci il tarixdə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edəcək qubalı məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir.
15 noyabr 2017-ci il tarixdə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edəcək qubalı məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir.
İlk olaraq tur-aksiyanın iştirakçısı olan məktəblilər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoymuşlar.
Heydər Əliyev Mərkəzinin akt zalında davam edən görüşü giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Yaşar Məmmədov bildirmişdir ki, “Artıq dördüncü ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı almışdır.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.”
Daha sonra şəhər 3 saylı tam orta məktəbin direktoru S.Məmmədova, valideyn C.İskəndərova, tur-aksiyanın iştirakçısı olan şagird R.Dadaşov çıxış edərək məktəblilər üçün yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.