Şriftin ölçüsü :

Saytın rəngi :

16 Noyabr – Beynlxalq Tolerantlıq Günü münasibəti ilə maarifləndirici mühazirə keçirilmişdir.

16 noyabr 2017 | 16:00

16 noyabr 2017-ci il tarixdə saat 11:00-da Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu tərəfindən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə 16 Noyabr – Beynlxalq Tolerantlıq Günü münasibəti ilə maarifləndirici mühazirə keçirilmişdir.
“Azərbaycanda birəyaşayış modeli” mövzusunda mühazirə ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov çıxış etmişdir.
Tədbirdə rayon rəhbərliyi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Keçidlər