31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəlik Günü və Yeni il münasibəti ilə şəhid ailələrinin və qazilərin iştirakı ilə bayram tədbiri keçirilmişdir
Quba Rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının və “Vətən naminə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba şəhərindəki “Qızılqaya” restoranında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə şəhid ailələrinin və qazilərin iştirakı ilə bayram tədbiri keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Camalov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmiş, respublikamızın tanınmış incəsənət ustalarının və rayonumuzun mədəniyyət işçilərinin ifasında musiqi nömrələri səsləndirilmiş, Rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərimizin övladlarına bayram hədiyyələri təqdim edilmişdir.