31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası keçiriləcəkdir.
Əziz qubalılar və rayonumuzun qonaqları,
27 və 28 dekabr 2025-ci il tarixlərdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərinin Heydər Əliyev prospektinin “Quba meydanı” parkının qarşısındakı hissəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası keçiriləcəkdir.
Yarmarka qeyd olunan tarixlərdə saat 09:00-dan etibarən gün ərzində fəaliyyət göstərəcəkdir.
Yarmarkada satışa çıxarılacaq məhsulların qiymətləri mövcud bazar qiymətlərindən xeyli ucuz olacaqdır.
Hər bir rayon sakinini və rayonumuzun qonaqlarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni, 2026-cı il münasibətilə ürəkdən təbrik edir və hər kəsi bayram yarmarkasına dəvət edirik.
Hörmətlə,
Quba Rayon İcra Hakimiyyəti








