31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba şəhərində ağacəkmə aksiyası keçirilmişdir.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba şəhərində ağacəkmə aksiyası keçirilmişdir.
31 mart 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə, Müşfiq Məmmədli və Göydəniz Qəhrəmanov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, dosent Azad Rzayev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və digər qonaqlar iştirak etmişlər.
Aksiya çərçivəsində Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaxınlığındakı ərazidə ağaclar əkilmiş, ətraf mühitin qorunmasına və yaşıllıqların artırılmasına töhfə verilmişdir.








