31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba şəhərində “Soyqırımı memorial kompleksi” ziyarət olunmuşdur.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba şəhərində “Soyqırımı memorial kompleksi” ziyarət olunmuşdur.
31 mart 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə, Müşfiq Məmmədli və Göydəniz Qəhrəmanov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, dosent Azad Rzayev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilər, eləcə də digər qonaqlar tərəfindən Quba şəhərində “Soyqırımı memorial kompleksi” ziyarət edilmişdir.
Ziyarət zamanı abidə önünə gül dəstələri düzülmüş, soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
Qeyd edək ki, aidiyyəti şəxslər və qonaqlar tərəfindən Quba rayon Şəhidlər Xiyabanı da ziyarət olunmuşdur.
İctimaiyyət tərəfindən Soyqırımı Memorial Kompleksinin ziyarəti gün ərzində davam etdirilmişdir.








