31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Qubada konfrans keçirilib.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Qubada konfrans keçirilib.
31 mart 2026-cı il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Tarixi yaddaşımızda 31 mart soyqırımı” adlı konfrans keçirilmişdir.
Tədbir Quba Rayon İcra Hakimiyyətinin, Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Quba, Yasamal və Səbail rayon təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Milli Məclisin deputatları Göydəniz Qəhrəmanov, Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, həmçinin Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, digər qonaqlar, tələbələr və gənclər iştirak etmişdir.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderimizin abidəsi ziyarət olunmuş, tədbir 31 Mart soyqırımına həsr olunmuş video çarxın nümayiş olunması ilə başlanmışdır.
Tədbirdə çıxış edənlər 1918-ci il mart hadisələrinin mahiyyəti, azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasəti və bu faciənin tarixi yaddaşımızda yeri barədə ətraflı məlumat vermiş, faciənin unudulmaması, gələcək nəsillərə düzgün çatdırılmasının vacibliyini xüsusi vurğulamışlar.








