Şriftin ölçüsü :

Saytın rəngi :

31 oktyabr 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Mərkəzi Qan Bankının Quba Bölməsində talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımıza köməklik göstərmək məqsədilə qanvermə aksiyası keçiriləcəkdir.

28 oktyabr 2023 | 17:49

Əziz və hörmətli qubalılar,
31 oktyabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Mərkəzi Qan Bankının Quba Bölməsində talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımıza köməklik göstərmək məqsədilə qanvermə aksiyası keçiriləcəkdir. Qanvermə aksiyası saat 09:00-dan başlayaraq saat 18:00-dək davam edəcəkdir.
Rayonumuzun sakinlərini bu xeyirxah aksiyada fəal iştirak etməyə dəvət edir, hər kəsə əvvəlcədən təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, qanvermə aksiyasında 18 - 65 yaş arasında hər kəs iştirak edə bilər.
Hörmətlə,
Quba Rayon İcra Hakimiyyəti

Keçidlər