Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev "Qlobal Sahibkarlıq Sammiti 2017" "Rainergy" layihəsi ilə Azərbaycanı təmsil etmiş Reyhan Rauf qızı Camalovanı qəbul etmişdir.

05 yanvar 2018 | 16:00

05 yanvar 2018-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda təşkil olunmuş "Qlobal Sahibkarlıq Sammiti 2017" "Rainergy" layihəsi ilə Azərbaycanı təmsil etmiş Reyhan Rauf qızı Camalovanı bir qrup təhsil işçisi ilə birlikdə qəbul etmiş, səmimi söhbət etmiş və görüşün sonunda R.Camalovaya hədiyyələr təqdim edilmişdir.Reyhan Camalova 2017-ci ilin fevral-mart aylarında “İstək” liseylərində "Social Innovation Lab"ın rəsmi təşkilatçılığı ilə keçirilən "ClimateLaunchpad" startap akselerator proqramının təqdimatında iştirak etmiş və Azərbaycanda ilk dəfə keçirilən "ClimateLaunchpad - startap yaşıl biznes" müsabiqəsinə öz "Rainergy" layihəsi ilə qatılmışdır. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırıb, 22 vatt enerji yaradır. R.Camalova "Rainergy" layihəsi "ClimateLaunchpad startap" müsabiqəsinin Azərbaycan finalında "Tamaşaçıların ən sevimli startapı" mükafatını qazanmış, eyni zamanda layihə çərçivəsində keçirilən "Yeni fikir" müsabiqəsinin finalında iştirak etmişdir.Reyhan Camalova 28-30 noyabr 2017-ci il tarixlərdə ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda təşkil olunmuş "Qlobal Sahibkarlıq Sammiti 2017" "Rainergy" layihəsi ilə Azərbaycanı təmsil etmişdir. Tədbirdə ABŞ Prezidentinin baş müşaviri və dövlət başçısının qızı İvanka Tramp Reyhanın fəaliyyətini yüksək qiymətləndirmişdir.

Keçidlər