Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Tüləkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.

05 yanvar 2018 | 16:00

      05 yanvar 2018-ci il tarixdə Aşağı Tüləkəran kənd tam orta məktəb binasında Rayon İcra Hakimiyyəti başçısının Tüləkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdr. Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatların rəhbərləri, kənd sakinləri iştirak etmişlər. Yığıncaqda RİHB-nin Tüləkəran kənd İƏD üzrə nümayəndəsi Elxan Məmmədhüseynovun hesabat məruzəsi dinlənilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurğulamışdır. Başçı aidiyyəti şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarını vermişdir. Digər çıxış edənlər ötən bir il ərzində Tüləkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat məruzəsini qənaətbəxş hesab etmişlər. Sonda Rayon İcra Hakimiyyəti başçısının təklif və tövsiyələri nəzərə alınaraq qərar layihəsi qəbul olunmuşdur.

Keçidlər