Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Rustov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.

10 yanvar 2018 | 16:00

   10 yanvar 2018-ci il tarixdə Məckəxacə kənd tam orta məktəb binasında Rayon İcra Hakimiyyəti başçısının Rustov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdr. Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatların rəhbərləri, kənd sakinləri iştirak etmişlər. Yığıncaqda RİHB-nin Rustov kənd İƏD üzrə nümayəndəsi Fikrət Məmmədovun hesabat məruzəsi dinlənilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində aidiyyəti şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarını vermişdir. Rustov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat məruzəsi qənaətbəxş hesab edilmiş, qərar layihəsi qəbul olunmuşdur.

Keçidlər