Çağırışçıların həqiqi hərbi xidmətə yola salınmasına həsr olunmuş tədbir keçirilmişdir.
11 yanvar 2018 | 16:00
11 yanvar 2018-ci il tarixdə Quba şəhərindəki Bayraq Muzeyinin qarşısında Rayon İcra Hakimiyyəti başçısının və rayon ictimaiyyətinin iştirakı ilə çağırışçıların həqiqi hərbi xidmətə yola salınmasına həsr olunmuş tədbir keçrilmişdir.
İlk olaraq Ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül qoyma ilə başlayan tədbirdə RİH başçısı cənab Ziyəddin Əliyev, SHXÇDX-nın rayon şöbəsinin rəisi Seymur Qurbanov, valideyn Əfqan Babaşov, çağırışçı Murad Həbibov çıxış edərək hərbi xidmətə yola düşən gənclərə uğurlu yol arzulamışlar.
Çağırışçı gənclər Bayraq Muzeyini ziyarət etdikdən sonra tədbir konsert proqramı ilə davam etmişdir.