Şriftin ölçüsü :

Saytın rəngi :

26 fevral 2018-ci il tarixdə Quba “Şahdağ” otelində Əlibala Məhərrəmzadənin “Xocalı Soyqırımı" kitabının təqdimatı olmuşdur.

26 fevral 2018 | 16:00

26 fevral 2018-ci il tarixdə Quba “Şahdağ” otelində Azərbaycan Yazıçılar Birliyinin üzvü,Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvü Əlibala Məhərrəmzadənin “Xocalı Soyqırımı (Azərbaycanlılara qarşı ermənilərin apardığı soyqırım siyasətinin xronologiyası)” kitabının təqdimatı olmuşdur.
Təqdimatda Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə xanım Abasova, Siyasi elmlər doktoru, əməkdar jurnalist Tahir Məmmədov, ”Ədəbiyyat” qəzetinin redaktor müavini, fəlsəfə doktoru Adil Cəmil, şair-publisist Ağacəfər Həsənli, Yeni Azərbaycan Partiyasının Milli Elmlər Akademiyası təşkilatının sədri, şair-publisist Xədicə Murad çıxış edərək 26 fevral 1992-ci il tarixdə Xocalı rayonunda baş verən dəhşətli hadisələrdən danışmış və tarixi faktlar əsasında qələmə alınmış belə kitabın gələcək nəsillər üçün gərəkli olduğunu qeyd edərək müəllifə öz təşəkkürlərini bildirmişlər.
Daha sonra müəllif Əlibala Məhərrəmzadə çıxış edərək kitab haqqında ətraflı məlumat vermiş və ermənilərlə aparılan informasiya müharibəsində də hər kəsi fəal olmağa çağırmışdır.
Sonda bütün tədbir iştirakçılarına Əlibala Məhərrəmzadənin “Xocalı Soyqırımı (Azərbaycanlılara qarşı ermənilərin apardığı soyqırım siyasətinin xronologiyası)” kitabı təqdim olunmuşdur.

Keçidlər