Körpünün açılışı
29 noyabr 2012 | 16:00
28 noyabr 2012-ci il tarixdə saat 12-00-da rayonun Qrız kəndinə gedən yol üzərində tikilmiş körpünün açılışı ilə əlaqədar tədbir keçirilmişdir. Körpü Quba-Xınalıq yolunun 30-cu kilometrliyində Qudyalçayı üzərində çay səviyyəsindən 30 metr hündürlükdə inşa edilmişdir, eni 3,5 metr, uzunluğu 20 metrdir. Körpüdən Qrız kəndinə qədər 3,5 km yeni çınqıl örtüklü yol çəkilmişdir. Kənd əhalisinin vaxtilə istifadə etdiyi Quba-Susay-Qrız yolu 70 kilometrdir. Hazırda həmin körpü vasitəsi ilə Quba-Qrız yolu 35 kilometr qısaldılmışdır.