Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev rayonun Alpan kəndində Heydər, Leyla və Arzu adlı üçəm uşaqların dünyaya gəldiyi Nizami və Şəbnəm Əkbərovların evində olmuşdur.
31 may 2019-cu il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev rayonun Alpan kəndində Heydər, Leyla və Arzu adlı üçəm uşaqların dünyaya gəldiyi Nizami və Şəbnəm Əkbərovların evində olmuş, körpələrə qiymətli hədiyyələr, ailəyə ərzaq yardımı təqdim etmiş və ailəyə bundan sonra da köməklik göstəriləcəyini bildirmişdir. Rayon İcra Hakimiyyətinin başçısı ailənin mənzil–məişət problemləri ilə yaxından tanış olmuş, onların yaşadığı evin tam yararsız vəziyyətdə olduğunu və uşaqların atası Nizami Əkbərovun qardaşı Abdulla Əkbərovun ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olduğunu nəzərə alaraq qısa vaxt ərzində ailə üçün yeni yaşayış evinin tikilib istifadəyə verilməsi barədə yerindəcə qərar qəbul etmişdir. Rayon İcra Hakimiyyətinin başçsı eyni zamanda uşaqların valideyni Nizami Əkbərovun müvafiq işlə təmin olunması barədə lazımi tapşırıqlar vermişdir. Cənab Ziyəddin Əliyev Alpan kənd ağsaqqalları ilə yaşayış məntəqəsinin sosial problemlərini ətraflı müzakirə etmiş, kəndin sosial problemlərinin qısa vaxt ərzində aradan qaldırılacağını bildirmişdir.