Şriftin ölçüsü :

Saytın rəngi :

2012-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına dair hesabat yığıncağı

16 fevral 2013 | 16:00

15 fevral 2013-cü il tarixdə saat 11:00-da Heydər Əliyev Mərkəzində Quba rayonunda 2012-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Arif Novruzov, millət vəkili Vahid Əhmədov, rayon rəhbərliyi və ictimaiyyəti iştirak etmişdir. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyulmuş, Mərkəzin 1-ci mərtəbəsində təşkil olunmuş rayonun sosial-iqtisadi inkişafını əks etdirən sərgi ilə tanış olunmuşdur.

Keçidlər