Şriftin ölçüsü :

Saytın rəngi :

“5 oktyabr Beynəlxalq Müəllimlər Günü” adlı tədbir keçirilib.

05 oktyabr 2026 | 15:02

“5 oktyabr Beynəlxalq Müəllimlər Günü” adlı tədbir keçirilib.

5 oktyabr 2026-cı il tarixdə Uşaq Səfirlər Məclisinin Quba rayonu üzrə nümayəndələri Lamiyə Bayramova və Humay Nadirlinin təşəbbüsü ilə "5-oktyabr Beynəlxalq Müəllimlər Günü” adlı tədbir keçirilmişdir.
Tədbirdə Əməkdar müəllim Fatmaxanım Quliyeva, Uşaq Səfirlər Məclisinin nümayəndə və fəalları iştirak etmişlər.
Tədbir uşaqların müəllimlik peşəsi, müəllim əməyinin əhəmiyyəti barədə düşüncələrinin formalaşdırılması, uşaqlar və müəllimlər arasında qarşılıqlı fikir mübadiləsinin və səmimi dialoqun gücləndirilməsi məqsədilə keçirilmişdir.
Tədbir zamanı Əməkdar müəllim Fatmaxanım Quliyeva öz müəllimlik fəaliyyəti və uzunillik pedaqoji təcrübəsi barədə fəallarla fikirlərini bölüşmüş, müəllimlik peşəsinin məsuliyyəti və əhəmiyyəti haqqında danışmışdır. Bununla yanaşı, fəalların mövzu ilə bağlı fikirləri dinlənilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmış, müəllim-şagird münasibətlərinə dair müxtəlif məsələlər ətrafında müzakirələr keçirilmişdir.
Sonda Beynəlxalq Müəllimlər Günü münasibətilə Fatmaxanım Quliyevaya xoş arzular çatdırılmış, onun həyat və yaradıcılığı barədə nümayəndələr tərəfindən hazırlanmış video rolik nümayiş olunmuşdur.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər

Keçidlər