Şriftin ölçüsü :

Saytın rəngi :

Hindistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Vanlalvavna Bavitlunq Quba rayonuna səfər etmişdir.

02 dekabr 2019 | 16:00

     02 dekabr 2019-cu il tarixdə Hindistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Vanlalvavna Bavitlunq Quba rayonuna səfər etmişdir. Səfər proqramı çərçivəsində diplomat Rayon İcra Hakimiyyətində görüş keçirmiş, ona Quba rayonu haqqında ətraflı məlumat verilmiş və geniş fikir mübadiləsi aparılmışdır. Daha sonra Səfir Quba “ASAN Həyat” Kompleksi, “Qubaekoaqrar” MMC kənd təsərrüfatı mallarının istehsalı zavodu, “Qədim Quba” Xalçaçılıq müəssisəsi, “ABAD Factory” istehsalat kompleksi və dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qırmızı Qəsəbə ilə tanış olmuşdur.

Keçidlər