Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi Qan Bankının Quba Regional Bölməsində irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşlara, həmçinin qana ehtiyacı olan digər şəxslərə köməklik göstərilməsi məqsədilə qanvermə aksiyası keçirilmişdir.
24 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə əsasən Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi Qan Bankının Quba Regional Bölməsində irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşlara, həmçinin qana ehtiyacı olan digər şəxslərə köməklik göstərilməsi məqsədilə qanvermə aksiyası keçirilmişdir. Qanvermə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişdir.