Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev müvafiq qurumların rəhbərləri ilə birlikdə Cağacuq çayının rayonun Xanəgah kəndinin ərazisindən keçən hissəsindəki yararsız hala düşən körpülərin mövcud vəziyyəti ilə yerində tanış olmuşdur.

08 may 2020 | 16:00

    May ayının 8-də Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev müvafiq qurumların rəhbərləri ilə birlikdə ötən gün yağan güclü yağışlar nəticəsində əmələ gələn daşqın səbəbindən Cağacuq çayının rayonun Xanəgah kəndinin ərazisindən keçən hissəsindəki yararsız hala düşən körpülərin mövcud vəziyyəti ilə yerində tanış olmuş və aidiyyəti təşkilatların köməkliyi ilə tezliklə həmin körpülərin yerində daha davamlı körpülərin inşa olunması barədə qərara gəlinmişdir.

Keçidlər