Son günlər yağan güclü yağışlar səbəbindən yaranan sel nəticəsində rayonun Çayqışlaq kəndini iki hissəyə ayıran Şabrançay üzərində yerləşən körpü yararsız hala düşmüşdür.
11 may 2020 | 16:00
Son günlər yağan güclü yağışlar səbəbindən yaranan sel nəticəsində rayonun Çayqışlaq kəndini iki hissəyə ayıran Şabrançay üzərində yerləşən körpü yararsız hala düşmüşdür. Hadisə yerinə gələn Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev müvafiq qurumların rəhbərləri ilə birlikdə körpünün mövcud vəziyyəti ilə yerində tanış olmuş və aidiyyəti təşkilatların köməkliyi ilə tezliklə yeni körpünün inşa olunacağını bildirmişdir.