ABŞ Dövlət Departamentinin Qafqaz və Regional Münaqişələr
ABŞ Dövlət Departamentinin Qafqaz və Regional Münaqişələr Ofisinin direktoru Castin Fridman, Demokratiya, İnsan Hüquqları və Əmək Ofisinin xarici əlaqələr üzrə məsul əməkdaşı Vendi Silverman, Ədliyyə Departamentinin Avrasiya Proqramının direktoru Katerin Nyukomb, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Avropa və Avrasiya üzrə administratorunun müavini Peyc Aleksandr və ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın Azərbaycana səfəri çərçivəsində qonaqlar 18 aprel 2013-cü il tarixdə Quba rayonunda olmuşlar. Qonaqlar saat 10-30-da Quba rayonu icra hakimiyyətində RİH başçısı ilə görüşmüş, daha sonra saat 11-15-də Şərq-Qərb İdarəçilik İnstitutu tərəfindən rayonumuzda icra edilən Sosial-iqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi çərçivəsində Zərdabi qəsəbəsində həyata keçirilən “İcmadaxili yolların asfaltlanması və işıqlandırılması” layihəsinin uğurla başa çatdırılması ilə əlaqədar Zərdabi qəsəbəsi mədəniyyət evinin qarşısında tədbirə qatılmışlar. Kütləvi məzarlığı ziyarət etmiş və Qırmızı Qəsəbədə olmuşlar. Həmin tədbirdə qonaqlarla birlikdə İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Sahib Məmmədov, rayon rəhbərliyi və qəsəbə sakinləri iştirak etmişdir. Qonaqlar Vəlvələ kəndində yerləşən “İkar-S” soyuducu anbarında da olmuşlar.