Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Qayıdışdan Qurtuluşa” mövzusunda onlayn elmi-praktik konfrans keçirilmişdir.
11 iyun 2020 | 16:00
11 iyun 2020-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Qayıdışdan Qurtuluşa” mövzusunda onlayn elmi-praktik konfrans keçirilmişdir. Konfransda Quba Rayon İcra Hakimiyyəti başçısının müavini və ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev, millət vəkilləri Qənirə Paşayeva, Sadiq Qurbanov, Vahid Əhmədov, Fəzail Ağamalı və professor Şahlar Əsgərov çıxış etmişlər.