Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin Nəzərinə

02 iyul 2020 | 16:00

Yay mövsümündə havaların isti keçməsi yanğın təhlükəsizliyi məsələlərinə daha ciddi şəkildə yanaşmağımızı tələb edir. Bu dövrdə bəzi vətəndaşlarımız tərəfindən biçilmiş taxıl zəmilərinin və digər ərazilərin yandırılması onların özlərinə məxsus torpaq sahələrinə aqrotexniki cəhətdən ağır ziyan vurmaqla yanaşı, yanğın təhlükəsizliyi baxımından da böyük təhlükələrə gətirib çıxarır. Nəticədə torpaq sahələrinin münbit və məhsuldarlığa müsbət təsir göstərən təbəqəsi sıradan çıxır, dövlət mülkiyyətinə, vətəndaşların əmlakına, ətraf mühitə və meşə fonduna ağır ziyan vuran hallar baş verir.

Bir sıra hallarda elektrik xətlərinin keçdiyi ərazilərdə baş verən yanğın hadisələri və yaranan təhlükəli vəziyyətlər əhalinin elektrik enerjisi ilə təminatında da problemlər yaradır.
Qeyd olunanları nəzərə alaraq bütün əhalimizi yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, sahələri yandırmamağa, baş verə biləcək təhlükələrin qarşısının alınmasına yardımçı olmağa çağırırıq.

Böyük anlayış göstərdiyinizə görə hər birinizə dərin təşəkkürümüzü bildiririk.

Keçidlər